Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


20.03.2024  11:03 

Avronest PA-da “Dağlıq Qarabağ münaqişəsi“ ifadəsi məruzədən çıxarıldı





A+  A-

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb.

Xəzərnews.az xəbər verir ki, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.

Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə regional təhlükəsizlik məsələləri öz əksini tapıb. Azərbaycan nümayəndə heyətinin təklif etdiyi və səs çoxluğu ilə qəbul edilən dəyişikliklər nəticəsində məruzədən "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi", "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində Alma-Ata deklarasiyasına istinad etmə", "sülh danışıqlarının yalnız Brüsselin vasitəçiliyi ilə aparılması" kimi ifadələr çıxarılıb.

Əvəzində isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prossesinə hər kəsin dəstək verməli olduğu, bu prossesin beynəlxalq hüquq normalarına uyğun aparılması məruzədə öz əksini tapıb.

Müzakirədə çıxış edən Milli Məclisin deputatları - Tahir Mirkişili, Tural Gəncəliyev, Nurlan Həsənov regionda təhlükəsizliyin təşəkkül tapmasında Azərbaycanın müstəsna rolunu qeyd edərək bunun möhkəmlənməsi üçün Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və regional kommunikasiyaların açılmasının vacibliyini vurğulayıblar.

Xəbər 1407 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +