Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


08.12.2021  14:50 

Deputat Etibar Əliyev də Saleh Rüstəmovla bağlı Prezidentə müraciət etdi





A+  A-

Milli Məclisin deputatı Etibar Əliyev həbsdə aclıq aksiyası keçirən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
XəzərNews.az xəbər verir ki, bu haqda o sosial media hesabından paylaşım edib.

“Deputat həmkarım hörmətli Vahid Əhmədovun Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı cənab Prezidentə etdiyi müraciətə mən də qoşuluram”-deyə, o, paylaşımında qeyd edib.

Ötən gün deputat Vahid Əhmədov ölkə Prezidentinə Saleh Rüstəmovla bağlı müraciət edib. Deputat dövlət başçısından humanizm prinsiplərini əsas tutaraq, Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləri çərçivəsində yardımçı olmağı xahiş etmişdi.

O bu təşəbbüsün "Saleh Rüstəmovun hüquqlarının müdafiə Komitəsi"ndən gəldiyini qeyd edib.

Qeyd edək ki, Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov hazırda atasının vəziyyətinin pisləşdiyini və xüsusi nəzarətə götürüldüyünü bildirib.

Xəbər 1830 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +