Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı


10.05.2023  18:08 

Azərbaycanda benzinin qiyməti və keyfiyyəti nə vaxt düzələcək?





A+  A-

Yeni qəbul olunmuş qaydalara əsasən istehsal tarixi 10 ildən çox olan avtomobillər ölkəyə buraxılmır. İstehsal ili 10 ildən az olan avtomobillərin də 70-80 faizi Aİ-95 benzinlə işləyir.

SOCAR rəsmiləri 2023-cü ilin əvvəllərində “Aİ-92” benzinin keyfiyyətinin artırılacağını vəd etmişdilər. Lakin hələ ki, biz bunun şahidi deyilik. Nəzərə alaq ki, “Aİ-95” benzinin qiyməti bir çox sürücülərin büdcəsinə uyğun deyil.

Bu məsələ ilə bağlı üz tutduq SOCAR-ın mətbuat xidməti Elçin Kazımov cənablarına. “Şirkət bu məsələ ilə bağlı hansı işlər aparır, nələr planlaşdırılır?” sualına öncə “Biz səsli açıqlama verə bilmərik, sualınızı e-mail ünvanımıza yazın” deyərək söhbəti bitirdi. Sonra isə e-mail ünvanına göndərdiyimiz sualın cavab yeri günlər keçsə də, SOCAR-ın verdiyi vədlər kimi boş qaldı.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a bildirdi ki, ölkədə satılan “Aİ-92” markalı benzin hər bir yanacaqdoldurma məntəqələrində fərqlidir. Baxmayaraq ki, eyni mənbədən alınır, amma bəzilərində aşağı, digərlərində orta keyfiyyətlidir.

Eldəniz Cəfərov: “Ötən illər ərzındə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırmalarından belə məlum olub ki, bir sıra yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı benzin standartlara cavab vermir. Bu gün “Aİ-92” markalı benzin isə tamamilə fərqlidir. Birində aşağı, birində orta keyfiyyətli ola bilir. Ümumilikdə isə biz deyə bilərik ki, vətəndaşlar ölkədə “Aİ-92” markalı benzinin keyfiyyətindən narazıdırlar. Bəzi YDM-larda benzinin miqdarını qaldırmaq üçün əlavə qatqılar qatılır. Bu da bir başa keyfiyyətə təsir göstərir.”

Ekspertin sözlərini də əsas götürərək onu deyə bilərik ki, dünya bazarlarına ən keyfiyyətli neftlərindən birini ixrac edən Azərbaycanda “Aİ-92” markalı benzin heç də ürəkaçan deyil. Ümid edək ki, bu problemin aqibəti suallarımızın cavabı kimi olmayacaq.

Xəbər 1308 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +