Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


11.06.2021  13:45 

Aqil Abbas HİRSLƏNDİ: Mən bu qanuna səs verməyəcəm!





A+  A-

“Deputatların hamısı əlillik haqqında qanun layihəsini tənqid edir, sonda isə deyirlər ki, çox mütərəqi layihədir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Aqil Abbas deyib. O layihəyə səs verməyəcəyini söyləyib:
“Birinci Qarabağ savaşının veteranları 28 ildir veteran kağızı ala bilmir. Vətən müharibəsi 7 aydır bitib, iştirakçılar elə bir deputat yoxdur ki, əlində sənədlə onun qapısını döyməsinlər. Buna niyə baxılmır?

Əlilliyin təyin olunması ilə bağlı mütəxəssislər var, dəvət edilsinlər. Layihəyə bir də baxsınlar”.

Deputat pensiya yaşının yüksək olması ilə əlaqədar narazılığa da toxunub:

“Pensiya məsələsi ilk dəfə İngiltərədə tətbiq edilib və 65 yaş müəyyən edilib. Bunu lağa qoyurdular ki, “ölü pensiyası”dır. İndi lağ elədiyimiz özümüzə qayıdır.

Mən səs verməyəcəm. Biz bu layihəyə niyə səs verək? Bu qədər tənqid edilirsə, otursunlar yenidən işləsinlər”.

Xəbər 1853 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +