Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


08.08.2017  16:08 

Bakıda istilik 50 dərəcəyə çatıb?





A+  A-

Avqust ayı gələndən Azərbaycanda anomal hava şəraiti hökm sürür. Hələ ki temperatur göstəriciləri 40 dərəcədən aşağı düşməyib. Bu cür hava şəraiti əksəriyyətin narahatlığına səbəb olur. Xüsusilə də açıq havada işləyən insanlar, gün altında gəzmək məcburiyyətində qalanlar istilərdən əziyyət çəkirlər.
Digər tərəfdən sosial şəbəkələrdə yol qırağında və ya maşınlardakı termometr qurğularının göstəricilərini paylaşanlar və temperaturun əslində daha çox olduğunu qeyd edənlər də az deyil. Qeyd edək ki, həmin qurğularda temperatur göstəriciləri 50-60 dərəcə arasında dəyişir.

Maraqlıdır, hazırda hökm sürən istilər iqlim normalarına uyğundurmu? Temperatur göstəricilərinin qeyd edilənlərdən yüksək olma ehtimalı nə dərəcədə doğrudur?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov Modern.az-a açıqlama verib. O, bildirib ki, bugünkü istilər əslində normaya uyğundur:

“Son günlər temperatur göstəriciləri maksimal həddi aşmayıb. Əslində bu il hava sərin keçdi, elə də isti olmadı. Ümumiyyətlə, yay fəslində hava temperaturu belə də olmalıdır. Azərbaycanda həmişə iyulun sonları avqustun əvvəli hava bu cür olub. Məsələn, Bakı üçün maksimal norma 41,6 dərəcədir. Zaman-zaman rayonlarda hətta 46 dərəcə olan vaxtlar olub, amma bu il temperatur 42 dərəcəni çox keçməyib. Yəni hazırda hava temperaturu norma səviyyəsindədir.

Yol qırağındakı qurğuların göstəricilərinə gəldikdə isə bu, təbiidir. Həmin qurğuları gün vurub qızıdırır. Məsələn, maşınlarda da temperatur 50-60 dərəcə arasında göstərə bilər. Həmin göstəricilər əslində havanın temperaturu deyil. Bu, ətrafın təsiri ilə olur. Həmin dərəcələrə inanmaq olmaz”.

Xəbər 1323 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +