Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı
İsveç müdafiə xərclərini artırır
Xarkovu hücum: 11 nəfər yaralanıb
Rusiya üçün döyüşən daha bir azərbaycanlı həlak oldu
Prezident və xanımı Sarıcalı kəndində...


29.12.2022  13:21 

Qonorarımızı alıb geri gəlmişik, nə hədiyyə, nə villalar?





A+  A-

Naxçıvandan gələn xəbərlər, Talıbovların malik olduğu səltənətin ayrı-ayrı elementləri barədə yazılar, fotolar və videomateriallardan görünən odur ki, “cənab sədr” və onun övladlarının bu illər ərzində topladığı sərvətin miqdarı milyardlarla ölçülür.

Yayılan məlumatlara görə, Vasif Talıbovun övladları müğənnilərin də bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırıb.

Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Damlanın prodüseri Şamil İbrahimov yayılan xəbərlərin tamamilə yalan olduğunu bildirib.

Onun sözlərinə görə, müğənni Naxçıvana konsert proqramı üçün yollanıb və çıxışından sonra Bakıya geri dönüb:

“Bu ilk dəfə deyil ki, bizim adımız lazımsız yerlərdə hallanır. Həmişə belə olub. Harada bir olay varsa, biz ordayıq, mütləq adımız çəkilir.

Yayılan məlumatlar isə əsassızdır. Bizi Naxçıvana təşkilatçı çağırmışdı, biz heç bilməmişik ki, “Cahan Holding” kimindir, konsert nə konsertidir. Zəng vurub təşkilatçı bizi dəvət etdi, bildirdi ki, Naxçıvanda "Saat Meydanı"nda konsert üçün əlaqə saxlayıb. Konsert barədə məlumat verdi, təyyarə biletimizi aldı və getdik.

Bir gecə Naxçıvanda qalmışıq, konsertdə oxuyub, qonorarımızı alıb geri gəlmişik. Nə hədiyyə, nə villalar? Damla xanıma belə bir hədiyyə verən olmayıb. Biz heç real həyatda Talıbovları görməmişik, nə də telefonla danışamamışıq, tanımırıq, yalnız Naxçıvandan olan təşkilatçı ilə danışmışıq. Sözügedən konsert proqramı bu ilin iyun ayında olub, oxuyub geri dönmüşük.

Müğənni dəvət alır, qonorarını alıb çıxış edir, təşkilatçı zəng edib, prodüseri olaraq mən danışmışam, mən haradan bilim ki, konserti maliyyələşdirən kimdir, şirkət kimə məxsusdur, durub araşdırası deyiləm ki, kim nəçidir?! Bu mövzularda yalan danışmaq olmaz. Orada nəsə olubsa, kiməsə yalan satmaram, mən olanı deyirəm, hara qədər desələr də sözümün arxasında durmuşam”.

Prodüser həmin konsertə görə müğənninin aldığı qonorarın məbləğini açıqlamayıb.

Xəbər 940 dəfə oxunub.



27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +