Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib
Rusiya Ukraynanı “İsgəndər-M” raketi ilə vurdu
Aytac özünü asıb, yoxsa?..
Norveç Ukraynaya 94 milyon dollar ayırır
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı
İsveç müdafiə xərclərini artırır
Xarkovu hücum: 11 nəfər yaralanıb
Rusiya üçün döyüşən daha bir azərbaycanlı həlak oldu
Prezident və xanımı Sarıcalı kəndində...
Deputat 7 il azadlıqdan məhrum edildi


30.09.2019  12:16 

Alı Alıyev Horadizdə sakinlərlə görüşüb





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Horadiz şəhərində keçirilib.
XəzərNews.az xəbər verir ki, səyyar qəbulda Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufuyev, rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Alı Alıyev qeyd edib ki, hazırda rayonun mərkəzi hesab olunan Horadiz şəhərində 7300 nəfər yaşayır. Şəhər sakinlərindən məcburi köçkün statusu olan 5432 nəfərə hər ay 325920 manat vahid aylıq müavinət ödənilir. Horadiz şəhərində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılıb, İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Horadizə şəhər statusu verilib. Horadiz şəhərində təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilib, işğal dövrü yandırılmış və dağıdılmış evlər, küçələr bərpa olunub, yollar, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilib, bütövlükdə Horadiz şəhərinin sosial-iqtisadi həyatında əsaslı dönüş yaranıb.

Qeyd olunub ki, hazırda rayonun işğaldan azad olunmuş ərazisində mövcud olan 100-dən artıq infrastrukturdan 61-i Horadiz şəhərində fəaliyyət göstərir. Şəhərdə 3 tam orta məktəb, 2 uşaq bağçası, tibb məntəqəsi, poçt, kitabxana, telekommunikasiya, bir sözlə rayonun bütün idarə müəsissə və təşkilatları burada fəaliyyət göstərirlər.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair şəhər sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.





Xəbər 1334 dəfə oxunub.



27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi


BÜTÜN XƏBƏRLƏR +