Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


05.04.2021  09:51 

Rusiya XİN-dən Əliyevlə Putinin danışıqları barədə - Açıqlama





A+  A-

“Rusiya-Azərbaycan əməkdaşlığı bütün istiqamətlərdə tədricən inkişaf edir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Rusiya diplomatik əlaqələrinin qurulmasının 29-cu ildönümü münasibətilə feysbuk səhifəsindəki paylaşımında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Rusiyanın mühüm və strateji tərəfdaşıdır və bunu ən yüksək siyasi səviyyədə ikitərəfli təmasların statistikası təsdiqləyir. Keçən dövrdə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif formatlarda 100-dən çox danışıqlar aparıb. Hökumət xətti boyunca parlamentlər, müvafiq nazirliklər və idarələr səviyyəsində aktiv işlər aparılır ki, bu da Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

“Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu, ilk növbədə iqtisadi komponentə aiddir. Birgə iş sahələrimiz və üst-üstə düşən çox maraqlarımız var”,- deyə Vladimir Putindən sitat gətirilib.

İki dövlətin xarici işlər nazirləri arasında əlaqələrin də müntəzəm olduğu qeyd olunub. Belə ki, bu il Sergey Lavrov və Ceyhun Bayramov arasında üç telefon danışığı baş tutub. Qeyd olunub ki, bugünə qədər iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb.

Xəbər 1773 dəfə oxunub.




12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +