Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


15.01.2021  14:26 

Azərbaycan, Pakistan və Türkiyə birgə hərbi təlimlər keçirə bilər





A+  A-

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, nazir iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb, bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək, bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib.

Müzakirələr zamanı Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən, xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müdafiə naziri ölkəmizə göstərilən humanitar yardıma və beynəlxalq səviyyədə daim Azərbaycanın haqq işini dəstəklədiyinə görə Pakistan xalqına və dövlətinə minnətdarlığını ifadə edib.

Səfir azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində Pakistan mütəxəssislərinin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Xəbər 2670 dəfə oxunub.




12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +