Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


13.12.2021  09:04 

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq - Püşkatma





A+  A-

Bu gün Konfrans Liqasında pley-offun püşkü atılacaq.

XəzərNews.az xəbər verir ki, Bakı vaxtı ilə 17:00-da başlayacaq tədbirdə “Qarabağ”ın da rəqibi bəlli olacaq.

Əvvəlcədən məlum olduğu kimi, püşkatma öncəsi komandalar iki səbətə bölünüb.

“Qarabağ” qrup ikincisi kimi səpələnmişlər sırasındadır.

Avropa Liqasından üçüncü yer sahibi kimi bura yuvarlananlar səpələnməmişlər səbətindədir. Pley-offun ilk matçları da səpələnməmişlərin meydanında baş tutacaq.

Bu mərhələdə eyni ölkə təmsilçiləri bir-biri ilə görüşə bilməz.

Səpələnmişlər

“Bodo Qlimt” (Norveç)
“Makkabi” (Təl-Əviv, İsrail)
PAOK (Yunanıstan)
“Partizan” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Randers” (Danimarka)
“Slaviya” (Çexiya)
“Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

Səpələnməmişlər“Seltik”

(Şotlandiya)
“Fənərbaxça” (Türkiyə)
“Lester” (İngiltərə)
“Marsel” (Fransa)
“Midtülland” (Danimarka)
PSV (Niderland)
“Rapid” (Avstriya)
“Sparta” (Çexiya)

Qeyd edək ki, pley-offda iştirak edəcək komandalardan biri hələ dəqiqləşməyib. Ləğv edilən “Tottenhem” – “Renn” görüşünün taleyi bilindikdən sonra İngiltərə təmsilçisinin, yoxsa “Vitess”in qrup ikinci olacağı dəqiqləşəcək.

Əlavə edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-də atılacaq.

Xəbər 1832 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +