Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


15.11.2018  12:07 

“Barselona” və “Real”ın ortaq hədəfi





A+  A-

“Barselona” və “Real”ın ortaq hədəfi İspaniya nəhəngləri “Real” və “Barselona”nın transfer maraqları toqquşub.
XəzərNews.az xəbər verir ki, prinsipial rəqiblər Xorvatiya “Dinamo”sunun hücumçusu Dani Olmo uğrunda mübarizəyə başlayıb.

Hər iki komanda Kataloniya klubunun yetirməsi sayılan forvardı heyətinə qatmaqda maraqlıdı. “Barselona” nümayəndələri 20 yaşlı ispaniyalının agenti ilə danışıqlara da start verib.

Klub akademiyasının hücumçuları arasında böyük rəqabət üzündən 4 il öncə vətəni tərk edən hücumçunun doğma rənglərə üstünlük verməsi kifayət qədər inandırıcıdı.

“Dinamo”nun 25 milyon avro tələb etdiyi transfer məbləğini “Real” da ödəməyə hazırdı. Madridlilər belə imkanı əldən qaçırmaq istəmir.

Lakin İspaniya klubları Olmo mübarizəsində tək deyil. Belə ki, “Mançester Yunayted”, “Mançester Siti” və “Bavariya” da gənc hücumçunu izləməkdə davam edir.

Qeyd edək ki, 2015-ci ilin fevralında “Dinamo”da debüt edən ispaniyalı cari mövsümün 10 matçında 2 qol vurub.

Xəbər 1758 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +