Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


19.02.2025  14:10 

Polkovnik-leytenant ev dustaqlığına buraxıldı





A+  A-

İki ay əvvəl rüşvət alma ittihamı ilə həbs edilən Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan zabiti, polkovnik-leytenant Ramil İbrahimov ev dustaqlığına buraxılıb.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsi vəkilin qətimkan tədbirinin növünün dəyişdirilməsi barədə əsaslandırılmış vəsatətini təmin edib.

R. İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Məhkəmə qərar qəbul edərkən təqsirləndirilən şəxsin səhhətini və digər amilləri nəzərə alıb.

Qeyd edək ki, istintaq materiallarına əsasən, Ramil İbrahimov DSX-nin N saylı hərbi hissəsində qərargah rəisi vəzifəsində çalışarkən təkrar rüşvət almaqda ittiham edilir. O, ötən ilin dekabr ayında Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Ramil İbrahimovun təqsirli olub-olmadığı məhkəmənin yekun qərarı ilə müəyyən ediləcək.

Xəbər 1254 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +