“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


01.05.2017  10:24 

İcra başçısının düşdüyü qəza sürücünün boynuna qoyuldu





A+  A-

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun düşdüyü avtoqəzanı sürücüsünün üzərinə qoyurlar. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, qəza zamanı sükan arxasında başçının köməkçisi Mahir Əliyev olub.
Bu il martın 25-də, Şəmkir Su-Elekrik Stansiyasından rayon mərkəzinə gedən yolun Yeniabad kəndi ərazisindən keçən hissəsində, günorta 2-3 radələrində onun idarə etdiyi Az 57 AA 001 dövlət nömrə nişanlı, qara rəngli “Tayota Land Cruiser” markalı avtomobil qəfil və yüksək sürətlə qarşı yola çıxıb.

Həmin vaxt qarşı yolda Mingəçevirin Əzizbəyov küçəsi 12 ünvanında qeydiyyatda olan 1947-ci il təvəllüdlü Həsən Əvkər oğlu Hüseynov özünə məxsus “Qaz - 31" markalı avtomobillə hərəkətdə imiş. H.Hüseynovun sükan arxasında professional davranışı dəhşətli qəzanın ölümsüz sonuclanmasına səbəb olsa da, onun özü ağır bədən xəsarətləri alıb. Dəhşətli toqquşma anında başçının olduğu maşında təhlükəsilzik yastıqları açıldığından A.Məmmədov, 2 övladı və köməkçisi yüngül əzilmələrlə canlarını qurtarıblar.

Avtomobildən düşən A.Məmmədovun köməkçisinin ilk işi qarşı maşındakı sürücünün sağ olub-olmamasını yoxlamaq olmayıb. M.Əliyev dərhal idarə etdiyi maşının nömrə nişanlarını açıb. Bunu ona görə ediblər ki, qəzanın baş verməsini sonradan ört-basdır edə bilsinlər. Elə belə də olub. Dəhşətli qəza dərhal ört-basdır edilsə də, sonradan təfərrüatları üzə çıxıb.

Qəza anından az sonra ərazidən keçənlər icra başçının olduğu maşının foto və videosunu da çəkə biliblər. Verilən məlumatda qeyd olunur ki, A.Məmmədovun göstərişi ilə qəza digər avtomobilin sürücüsü - yəni H.Hüseynovun xətası üzündən baş verdiyi kimi rəsmiləşdirilib, özünün xidməti maşının sükanı arxasında isə köməkçisi deyil, sürücüsünün olduğu qeyd olunub.
Məsələ ilə bağlı A.Məmmədovun mövqeyini də dinləməyə hazırıq.

(musavat.com)

Xəbər 2608 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +