Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


07.12.2021  16:21 

Fərhad Adıgözəlov sədr təyin edildi - Sərəncam





A+  A-

Prezident İlham Əliyevin Sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilib.

Adıgözəlov Fərhad Əsgər oğlu kimdir?

Adıgözəlov Fərhad Əsgər oğlu 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil almış və 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir.



Əmək fəaliyyətinə 2000-ci ildə Dövlət Sığorta Şirkətində başlamış, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə Kapital Bank ASC-də departament direktoru, 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə Azər-Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır.

2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilmişdir.

Xəbər 1599 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +