Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


10.05.2017  10:15 

Bu dövlət qurumunun 3 milyon zərəri olub





A+  A-

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin aktivləri 31 dekabr 2016-cı il tarixinə 8,75% və ya 687,961 min manat azalaraq 7 mln. 193,964 min manat təşkil edib.
XəzərNews.az “APA-Economics”ə istinadən xəbər verir ki, belə bir qənaətə QSC-nin 2016-cı il üçün maliyyə hesabatını təhlil edərkən gəlmək mümkündür. Hesabat “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC tərəfindən aparılıb.

Aktivlərin 7 mln. 96,707 min manatı uzunmüddətli, 97,257 min manatı isə qısamüddətlidir.

QSC-nin öhdəlikləri ötən ilin sonuna 23,916 min manat olub ki, bu da 2015-ci illə müqayisədə 34,30% və ya 12,487 min manat azalmadan xəbər verir. Öhdəliklərin hamısı kreditor borcların payına düşür.

Milli Nüvə Tədqiqatları Mərkəzinin nizamnamə kapitalı il ərzində dəyişməyərək 3 mln. manat səviyyəsində qalıb. Hesabat dövründə QSC-nin məcmu kapitalı 8,61% və ya 675,474 min manat azalaraq 7 mln. 170,048 min manata enib.

2016-cı il ərzində Mərkəzin ümumi və inzibati xərcləri 1 mln. 595,785 min manat təşkil edib. İl ərzində QSC-nin məcmu zərəri (eyni zamanda əməliyyat zərəri) 1 mln. 690,474 min manat təşkil etdiyi halda, yığılmış zərər 3 mln. 106,371 min manata çatıb.

Xəbər 1517 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +