Bullinqə məruz qalan şagird özünü öldürdü
Parisdə Atatürkün büstü dağıdıldı - Video
Sakinlərin kabusuna çevrilən kanala niyə çəpər çəkilmir?
Müğənni Dəniz Əsədova axtarışa verildi
Bakıda bağçada azyaşlıya şiddət göstərilib?
Polad Bülbüloğlu niyə SUSUR?...
Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ
Xarkovda ruslara işləyən keşiş saxlanıldı
Donetskə hücum: 1 ölü, 12 yaralı var


15.02.2017  10:43 

SOCAR istiqrazlarının qiyməti artır





A+  A-


Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR istiqrazlarının qiyməti yüksəlib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkətindən XəzərNews.az-a verilən məlumata görə, SOCAR istiqrazlarının satış qiyməti 1 004-1 005 dollara yüksəlib. Hazırda adı çəkilən istiqrazları 1 004-1 005 dollara almaq və 1 000 dollara satmaq olar.

“PSG Capital” şirkətindən bildirilib ki, növbəti istiqrazların faiz ödənişinin vaxtı  yaxınlaşdıqca istiqrazların qiyməti də yüksələcək.

Xatırladaq ki, istiqrazlar üzrə faizlər 3 aydan bir ödənilir. Hər faiz ödənişi zamanı istiqraz sahiblərinə hər istiqraz üzrə 12,5 dollar, il ərzində isə ümumilikdə 50 dollar məbləğ ödənilir. İlk faiz ödənişi 17 yanvar 2017-ci ildə olub, növbəti faiz ödənişi isə 17 aprel 2017-ci ildə baş tutacaq.

Dövlət Neft Şirkətinin daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 100 mln. dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə buraxılıb. İstiqrazların təkrar bazarına isə 2016-cı ilin 17 oktyabrından start verilib.

Xatırladaq ki, bir qədər əvvəl “PSG kapital” şirkəti SOCAR istiqrazlarının alış-satışı üzrə yanvar ayının nəticələrini açıqlayıb. Nəticələrə görə, yanvar ayında 16,5 mln. dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə  82 əqd bağlanıb. İstiqraz alanların 72%-ni yeni müştərilər, 28%-ni isə əvvəlki müştərilər təşkil edib. İndiyədək təkrar bazarda 50 milyon dollarlıq SOCAR istiqrazı alınıb-satılıb. 



Xəbər 2514 dəfə oxunub.




10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...

10.02.2025  13:04 

Sabahın hava proqnozu açıqlandı


BÜTÜN XƏBƏRLƏR +