Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


03.02.2025  17:54 

Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı -FOTO





A+  A-

Bu gün Milli Məclislə yanaşı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisində də 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.

XəzərNews.az xəbər verir ki, iclasda Ali Məclisin qanunvericilik işləri planının təsdiqi, Hesablayıcı və İntizam komissiyalarının yaradılması məsələlərinə baxılıb.

Aparılan müzakirələrdən sonra gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

İclasa Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov rəhbərlik edib. Ancaq iclasın gündəliyində Ali Məclisə sədr seçilməsi məsələsi yer almayıb.

Qeyd edək ki, Vasif Talıbovun 2022-ci ildə Naxçıvan Ali Məclisi sədri vəzifəsindən istefa verməsindən sonra quruma sədr seçilməyib. Sonuncu parlament seçkilərindən sonra Ali Məclisin ilk iclasında sədr seçilməsi məsələsi gündəliyə salınıb. Ancaq Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənməyib. Sədrin səlahiyyətlərini Bəxtiyar Məmmədov icra edir./Modern.az




Xəbər 1370 dəfə oxunub.



05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +