Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


29.01.2025  14:16 

Nazirliyin üç tenderinin nəticələri ləğv olundu





A+  A-

Azərbaycan Səhiyyə Nazirliyinin keçirdiyi üç iri tenderin nəticələri ləğv olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.

Məlumatda deyilir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdriyyətinin ləğv edilən birinci tenderi nazirliyinin tabeliyində olan ağır xroniki psixi pozğuntusu olan uşaq müalicə mərkəzlərinin əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı olub. Dəyəri 156.000 manat təşkil edən müsabiqənin ləğvinə səbəb isə “Dövlət Satınalmaları haqqında” qanunun 36.1.6-cı maddəsinin tələblərdiir. Həmin maddədə deyilir ki, satınalmanın maliyyələşdirilməsi dayandırıldıqda tenderin nəticəsi ləğv olunur.

Nazirliyin ikinci ləğv edilən tenderi isə Xankəndi Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi binasının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanmasına dair müsabiqədir. 350.000 manat qiymətləndirilən bu müsabiqənin ləğvi də analoji səbəbdən baş verib.

Üçüncü tender isə SN-in balansındakı İnnovasiya və Təhcizat Mərkəzinin keçirdiyi Respublika Pediatriya Mərkəzində qan qazı müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması ilə bağlıdır. 998.280 manat dəyərində qiymətləndirilən müsabiqənin ləğvi də maliyyələşdirilmənin dayandırılmasıdır.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin iri layihələrinin maliyyələşdirilməsinin dayandırılması bu qurumda ciddi yoxlamaların keçirilə biləcəyini güman etməyə əsas verir.

Xəbər 1871 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +