Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


28.01.2025  13:59 

Banklar depozitlər üzrə faizləri yüksəldiblər?





A+  A-

“Son aylar banklar depozitlər üzrə faizləri yüksəldiblər. Bu isə onu deməyə əsas verir ki, verdikləri kreditlərin də faizinə dəyişiklik ediblər. Bankların həm gəlirlərində, həm də xərclərində artım var”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a bankların depozitlər üzrə faizləri yüksəltməsi məsələsinə münasibət bildirərkən iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, depozit faizlərinin artırılması Mərkəzi Bankın apardığı siyasətin nəticəsidir:

“Mərkəzi Bank ötən ilin sonlarında həm likvidlik əmsalına dair tələblər irəli sürdü, həm də bankların məcburi ehtiyat normasını artırdı. Əvvəl bu göstərici 1-2 faiz idisə, hazırda 20 faiz üzərindədir. Mərkəzi Bankın bu addımındakı məqsəd bank bazarında rəqabəti artırmaq idi. Böyük banklar da faiz xərclərini artırmış oldu. Beləliklə, insanlar banklara yönəlməyə başladılar. Nəticələrdən də görünür ki, Mərkəzi Bank öz məqsədinə nail olub”.

Xəbər 1769 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +