Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


24.01.2025  16:15 

Milyonluq tenderlərin qalibi olan şirkət məhkəməyə verildi





A+  A-

İş adamı İlham Şıxseyidovun rəhbərlik etdiyi “Conco” QSC ilə bağlı növbəti dəfə eyni maddə ilə cərimə protokolu yazılıb.

XəzərNews.az xəbər verir ki, “Conco” bu dəfə də AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

“Conco” ilə bağlı iş bu dəfə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 31 yanvar tarixində hakim Əli Məmmədovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, QSC-nin direktoru iş adamı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.



Xəbər 2079 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +