Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


22.01.2025  12:16 

Energetika Nazirliyi tərəfindən 194 icazə verilib





A+  A-

2024-cü il ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 194 icazə verilib. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı üzrə 13, idxalı üzrə 142 və tranziti üzrə 32 icazə verilib.

Bu barədə məlumatı XəzərNews.az-a Energetika Nazirliyindən veriblər.

İl ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 2, ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə ilə bağlı 1, elektrik enerjisinin istehsalına 3, ixracına isə 1 icazə verilib.

Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı ASAN Xidmət mərkəzi vasitəsilə həyata keçirilib.

Xəbər 1838 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +