Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


09.01.2025  16:28 

“Keşlə bazarı” Dərnəgülə köçürülür? - Video





A+  A-

Gələn aydan “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzində söküntü işlərinə başlanılacaq

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bazardakı satıcıların Baku TV-yə verdiyi məlumata əsasən, onlar üçün Dərnəgül qəsəbəsində yerləşən “Eurohome” tikinti malları bazarında yer ayrılıb.

Onların sözlərinə görə, fevralın 1-nə qədər bazar boşaldılmalıdır. Söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır. Hazırda “Eurohome” ərazisində tikintisi prosesi gedir.

Satıcıların bəziləri onlar üçün ayrılan yerdən razılıq etsələr də, sözügedən ünvanın uzaq olduğunu əsas gətirib alış-verişin yaxşı getməyəcəyini düşünənlər də var: “Bizə bayrama qədər vaxt verilsəydi, yaxşı olardı. Hazırda orada tikinti gedir. Bu boyda bazar oraya necə yerləşəcək?!"

Digər satıcı isə ərazinin əhalinin istifadəsi üçün uyğun olmadığını bildirib: “Dəmir-dümürün içidir, kim gələcək ora? Yol da uzaqdır, özü də tıxaclı yerdir…”

Satıcıların sözlərinə görə, ticarət mərkəzinin köçürüləcəyi ərazi “Yeni Keşlə bazarı” adlandırılacaq.

Daha ətraflı süjetdə:



Xəbər 2571 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +