Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


23.05.2024  11:34 

Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident





A+  A-

Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib: “Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik”.

Xəbər 23622 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +