Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


03.04.2024  10:35 

“Azərbaycanlı xarici ölkənin vətəndaşıdırsa, artıq o...” - Ekspert





A+  A-

“İndiki halda xaricdə yaşayan azərbaycanlıdır və ya qeyri-əcnəbidir deyə bir kateqoriya ilə bölücülük yoxdur. İşğaldan azad olunmuş ərazilərimizin rezidentlərinə təklif olunan güzəşt və azadolmalar var”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.tv-yə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, bu azadolmalar çox böyük, geniş və əhatəlidir:

“Yəni özündə çox geniş sektorları əhatə edir. Təsəvvür edin ki, 10 il müddətinə mənfəət, əmlak, torpaq vergisindən azad olunma nəzərdə tutulub. Eyni zamanda kommunal xidmətlərə güzəştlər edilir. Xidmət sektorunda mehmaxana və otellərə dair güzəştlər var. Kreditlərlə bağlı güzəştlər mövcuddur. Həmçinin xammal və materialın idxalı ilə bağlı ƏDV-dən azadolmalar var. Yəni, kifayət qədər geniş və əhatəli güzəşt paketi vardır. Sadəcə olaraq oranın rezidenti olmaq, yəni müəssisə yaradıb fəaliyyət göstərmək lazımdır. Fəaliyyət işğaldan azad olunmuş ərazilərdədirsə, ciddi şəkildə güzəştlər var. Amma xaricdə yaşayan soydaşımızdır deyib, əlavə nə isə istəmək, hesab edirəm ki, bu doğru deyil. Çünki həmin azərbaycanlı xarici ölkənin vətəndaşıdırsa, artıq bu xarici investor kimi fəaliyyət göstərir”.

E.Əmirov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərlə bağlı ciddi güzəştlər var:

“Sadəcə bir istəklə investisiyanı bura yatırmaq lazımdır. Məsələn, işğaldan azad olunmuş ərazilərdə Ağdam və Araz vadisi iqtisadi zonası var və bunlar sənaye parklarıdır. Burada da ciddi şəkildə güzəşt və azadolmalar var. Fikrimcə, bu istiqamətdə də sərmayələr yatırmaq olar”.

Bəxtiyar Məmmədli
Diaspora.tv


Xəbər 21175 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +