Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


05.03.2024  17:41 

Deputat: Bazar azad deyil və monopoliya var





A+  A-

Son zamanlar bəzi məhsulların qiymətinin bahalaşması təkcə sıravi vətəndaşların deyil, deputatların da büdcəsinə təsir edib. Aqil Abbas və Siyavuş Novruzovdan sonra bu dəfə də deputat Erkin Qədirli ölkədə ərzağın qiymətinin baha olmasından gileylənib.

Xəzərnews.az xəbər verir ki, deputat bu barədə TV Müsavat-ın canlı efirində qonaq olarkən danışıb.

Erkin Qədirli bildirib ki, bir istehlakçı olaraq hazırda bazarda təqdim olunan qiymətləri onu qane etmir:

“Mən çox az miqdarla qane olan adamam. Lakin hər bir istehlakçı kimi, bahalaşma mənə də təsir edir. Gəlirsən nəsə alırsan, görürsənki, əvvəl aldığın qiymətdən bahadır”.

Deputat qeyd edib ki, bazar azad deyil və monopoliya var.

“Həm daxili istehsalda, həm də idxal-ixrac əməliyyatlarında bəzi sahələri çıxmaq şərti ilə, inhisarçılıq var. Əlbəttə ki, qiyməti artıran amillərdən biri şübhəsiz budur”.

Xəbər 7820 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +