Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


28.02.2024  11:27 

Keyfiyyətli kolbasanı necə ayırd etmək olar?





A+  A-

Kolbasalar ət məhsulu hesab edilsə də, bu, heç də belə deyil. Çünki əksər kolbasa məhsullarının tərkibində ət çox az miqdarda olur.

Maraqlıdır, görəsən, keyfiyyətli kolbasanı necə ayırd etmək olar?

Qida üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, məhsulun rəngi keyfiyyətindən xəbər verir:

“Açıq rəngdə, çəhrayıya çalan rəng olmalıdır. Kolbasa ət məhsuludur. Onun hazırlanmasında 70 faiz ət, 30 faiz isə köməkçi maddələrdən istifadə edilməlidir. Həmçinin kolbasanın qabığını üzərindən ayıran zaman quru olmalıdır, üzəri yapışqan və ya sulu olmamalıdır”.

Mütəxəssis qeyd edib ki, kolbasanın keyfiyyətli olduğunu göstərən amillərdən biri də məhsulun daha bərk olmasıdır:

“Kolbasanı kəsəndə içindəki əlavə inqrediyentlər görünməməlidir və boşluqlar olmamalıdır. Əgər məsamələr varsa, bu o deməkdir ki, kolbasanın hazırlanmasında təkcə ətdən deyil, həm də dəri və qığırdaqlardan istifadə olunub”./Baku TV

Xəbər 3818 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +