Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


21.02.2024  17:31 

Daha bir keçmiş gömrükçü Şahin Bağırovun qərarı ilə razılaşmır





A+  A-

Dövlət Gömrük Komitəsinin (DGK) daha bir keçmiş vəzifəli şəxsi qurumu məhkəməyə verib.

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu şəxs DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsində şöbə rəisi vəzifəsində işləmiş Ədalət Mehdiyevdir.

Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Ləman Musayeva iş üzrə hakim təyin edilib.

Məhkəmə çəkişməsi əmək münasibətlərinə dair mübahisələrlə bağlıdır. Bəzi iddialara görə, Ədalət Mehdiyev DGK-da başlanan kadr islahatları çərçivəsində işdən çıxarılıb. Həmin vaxt idarənin rəisi Mehman Sadıqov olub. Ədalət Mehdiyev mediada onun yaxın adamı kimi təqdim edilir.

Yeri gəlmişkən, Mehman Sadıqov da vəzifəsindən azad edilib.

Bəzi məlumatlara görə isə Ədalət Mehdiyevin DGK-nın keçmiş sədri Səfər Mehdiyevin gömrükdəki komandasının fəal üzvlərindən olub. Şahin Bağırovun onu işdən çıxarması da bununla əlaqələndirilir.

Ədalət Mehdiyevdən əvvəl Azərbaycanın Türkiyədəki keçmiş gömrük attaşesi Əliqulu Cəfərov DGK barəsində iddia qaldırıb. Bu iş də əmək münasibətlərinə dair mübahisələrlə bağlıdır. Əliqulu Cəfərov da Şahin Bağırov DGK rəhbəri olduqdan sonra işdən çıxarılıb.

Xəbər 4050 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +