Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


12.10.2023  12:10 

Mal və qoyun əti bahalaşıb - Azərbaycanda





A+  A-

Son 1 ildə Azərbaycanda ən çox bahalaşan məhsul mal və qoyun ətidir.

Xəzərnews.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb. Ötən il kiloqramı 11-13 manata təklif olunan mal ətinin qiyməti bu il 14-16 manat olub. Sürətli bahalaşma çəkilmiş mal əti, eləcə də qoyun ətində də baş verib.

İqtisadçı ekspert Xalid Kərimli qiymət artımının müxtəlif səbəblərlə izah edir.

İqtisadçının sözlərinə görə, heyvandarlıq məhsulların 90 faizi ölkə ərazisində istehsal olunur, ancaq heyvandarlıqda və quşçuluqda istifadə olunan yem komponenti bu məhsulların xərclərinin əhəmiyyətli hissəsini təşkil edir. Yem isə əsasən xaricdən idxal edilir. Yəni istehsal xərclərinin artması ilə ət və ət məhsullarının da qiyməti artmış oldu.

Mal və qoyun ətindən başqa ciddi bahalaşan çay, balıq konservləri və düyü olub, onların qiyməti müvafiq olaraq 15%, 14,5% və 13% artıb. Əsas düyü ixracatçılarından olan Hindistanın bu məhsulun ixracını 50 faiz azaltması, ardınca Rusiya və Qazaxıstanın da müqafiq addımlar atması iyul ayından etibarən düyünün bahalaşmasına səbəb olub.

Düyünün daha 15 faiz bahalaşacağı ehtimal edilir...

İqtisadçı deyir ki, ümumi ərzaqlar üzrə qiymət artımı 13,4 faizdir ki, bu da kifayət qədər yüksək bir rəqəmdir. Bahalaşmanın subyektiv səbəblərini aradan qaldırmaq üçün isə rəqabət məcəlləsinin təkmilləşdirişlməsinə ehtiyac var.

Xəbər 3588 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +