Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


28.10.2022  14:26 

“Kredit üçün o qədər sənəd istəyirlər ki...” - Deputat





A+  A-

“4 ildir bundan əvvəl Lənkəran Beynəlxalq Hava Limanını icarəyə verilməsi təklifi ilə çıxış etdim. Amma mənim bu təklifim çox pis qarşılanıb. Hətta bunu hava limanını icarəyə götürmək üçün yerli investorlar olmasa da, Rusiyadan olan iş adamları bunda maraqlı idi. Bilmək istəyirəm ki, bu qanun işləməyən həmin infrastruktur layihələrinə də tətbiq ediləcəkmi? Ötən dəfə Mərkəzi Bankın sədri Milli Məclisdə idi. O zaman da təklif etdim”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

R.Quliyev bankdan kredit götürmək sahəsində problemlərdən də söz açıb: “Bankdan kredit götürmək üçün o qədər sənəd, arayış istəyirlər ki... Vətəndaş onu tapana, gətirənə qədər mövsüm bitir, heç nə də əkə bilmir. Kiçik kreditlər – 5 min manatdan 25 min manata qədər olan kreditlər sürətlə verilsin. Doğrudur, burada sahibkarın məsuliyyəti də nəzərə alınmalıdır”.

Xəbər 1166 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +