Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...


14.07.2022  11:58 

Qazi polis şöbəsində döyülübmü? - Açıqlama





A+  A-

Salyan rayonunun Varlı kənd sakini, Vətən müharibəsinin iştirakçısı Kamil Məmmədov iyulun 13-də sosial şəbəkədə paylaşdığı videogörüntüdə rayon icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını bildirib.

XəzərNews.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, K.Məmmədovun iddiası həqiqəti əks etdirmir: "Kamil Məmmədov Vətən müharibəsinin iştirakçısı olaraq həmişə diqqət və qayğı ilə əhatə olunub. Ona 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilib, Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilib və maddi yardım ayrılıb.

Bunlara baxmayaraq, Kamil Məmmədov ötən ilin avqust ayında rayon polis şöbəsinə ərizə ilə müraciət edərək kəndin icra nümayəndəsinin onu təhqir etdiyini bildirib. Bununla bağlı aparılan araşdırma zamanı fakt təsdiqini tapmayıb. O, şikayətlərini davam etdirdiyi üçün yenidən polis şöbəsinə dəvət edilərək onunla müvafiq söhbətlər aparılıb, izahlar verilib. Bundan sonra Kamil Məmmədov yenidən ərizə verərək heç bir şikayətinin və tələbinin olmadığını bildirib. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilməyib, əksinə ona diqqət və hörmətlə yanaşılıb".

Qeyd edək ki, Kamil Məmmədov 24 iyunda Salyan Rayon Polis Şöbəsində döyüldüyünü iddia etmişdi. O, döyülməsində RİH icra başçısını və RPŞ rəisini günahlandırmışdı.

Xəbər 1915 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +