Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


09.12.2019  12:24 

““Volkswagen Bakı”dan aldığımız maşınlarda defekt var”





A+  A-

Bakıda “Volkswagen Bakı” mərkəzindən maşın alan müştərilər avtomobillərində defekt aşkarlandığını iddia edirlər.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, vətəndaşlar Samir Zeynalov və Leyla Məmmədova ”Volkswagen Bakı” mərkəzini onları aldatmaq iddiası ilə məhkəməyə verib. Hər iki şəxs salondan “Volkswagen Passat” markalı maşınları alandan sonra problem yarandığını deyir. Müqavilədə zəmanət müddəti 3 il və ya 100 min kilometr göstərilib. Lakin avtomobillər 80 000 kilometrdən də az getdikdən sonra qüsurlar ortaya çıxıb.

Vətəndaşlar “Volkswagen Bakı” mərkəzinə müraciət edərək problemin aradan qaldırılmasını tələb etsələr də, şirkət maşınların 3 ildən əvvəl alındığını bildirərək kompensasiya verməkdən imtina edib.

Avtomobillərin keyfiyyəti ilə bağlı ekspertiza keçirilib, Maliyyə Bazarlarına Nəzarət Palatasının eksperti avtomobillərin istehsalçı tərəfindən lazımi keyfiyyətdə hazırlanmadığı və mühərrikin qüsurlu olduğunu müəyyən edib. Bu avtomobillərin satılması nəticəsində vətəndaşlara külli miqdarda zərər dəyib. Alınan dövrdən mühərriki və sürətlər qutusu qüsurlu olub.

Bundan sonra hər iki şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət ediblər. Hazırda iddia üzrə məhkəmə prosesi davam etdirilir.

Rəsmi məlumatlara görə, “Volkswagen”in 2010-2012-ci illərdə ixrac üçün istehsal etdiyi əksər avtomobillərdə kütləvi qüsurlar aşkarlanıb. Həmin dövrdə Rusiya və Qazaxıstandakı dilerlər istehsalçı zavodla danışaraq bu qüsurları kompensasiya edib.

Xəbər 1604 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +