Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


08.05.2023  10:39 

“Avroviziya“ təmsilçilərimizin geyimi tənqid olundu





A+  A-

Azərbaycanı "Avroviziya"da təmsil edəcək qardaşların geyim tərzi tənqid olunub.

XəzərNews.az xəbər verir ki, sosial şəbəkə iştirakçılarının böyük əksəriyyəti bu geyim tərzindən narazılıqlarını bildiriblər.

"Dünyaya Azərbaycan kişisini belə təqdim edirik. Hörmətli şəhidlər, qazilər, böyük kişilər sizdən xalqımız adından üzr istəyirəm" - deyə bir çox tanınmış şəxslər yazıb.

Azərbaycanın "Avroviziya"da nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova bildirib ki, bu mahnı müsabiqəsidir, kostyumlar və tərzlər də fərqli olur: "Onlar nə açıq-saçıq, nə də çılpaq xalıya çıxıblar. Tərz kiminsə xoşuna gəlməyə bilər, amma bu işə peşəkar baxır. Təmsilçilərimizin belə geyinməsi onun qərarı idi. Onların geyindiyi geyim, yarışmada çox gözəl qəbul olunub və yaxşı mənada müzakirə edilib. Biz hər yerdə qeyd edirdik ki, bu geyimlər Azərbaycanın yerli brendi “Parcha studio”ya aiddir və Aysel Sadıxovanın yaratdığı obrazlardır".

Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir.

Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.

Xəbər 1368 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +