Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


02.08.2022  10:07 

“Zeytun” aptek vaxtı keçmiş dərmanlar satırmış





A+  A-

Azərbaycanda böyük apteklər şəbəkəsinə malik “Zeytun Pharmaceuticals” MMC barəsində növbti dəfə məhkəmə iddiası qaldırılıb.

Şirkət sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi pozmaqda təqsirli bilinir.

Belə ki, “Zeytun Pharmaceuticals” İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, saxta dərman vasitələrinin istehsalı, satışı) maddəsi ilə ittiham olunur.

İnzibati protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İşə hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkəti 5 min manatdan 7 min manatadək cərimə gözləyir.

Qeyd edək ki, “Zeytun” apteklər şəbəkəsini özündə birləşdirən “Zeytun Pharmaceuticals”in qanuni təmsilçisi Bəhruz Şirəliyevdir. O, “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinir. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu “Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub.

Xatırladaq ki, “Zeytun Pharmaceuticals” barəsində bundan öncə cari ilin fevralında da eyni maddə ilə protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə göndərilmişdi./“Qafqazinfo”

Xəbər 1840 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +