Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


22.02.2021  20:34 

Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilir





A+  A-

Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyaçılar paytaxtın mərkəzinə doğru irəliləyirlər. Polisin etirazçılara hər hansı müdaxilə etmədiyi bildirilir.

“Bizim Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bir proqramımız var. Xalqımızla birgə onun gedişinə nail olacağıq. Biz konstitusiya yolu ilə gedirik”, - deyə “Daşnaksütyun”un təmsilçisi İşxan Saqatelyan bildirib.

Fevralın 20-də müxalifətin Baş nazir postuna namizədi Vazgen Manukyan etiraz aksiyasında müxalifəti “iqtidarı ildırım sürəti ilə almağa hazır olmağa” çağırmışdı. O, bunu “B” planı adlandırmışdı. Manukyanın sözlərinə görə, “A” planına isə hökumət başçısını istefa verməyə məcbur edən kütləvi etiraz aksiyalarının keçirilməsidir.

Xatırladaq ki, 2020-ci ilin noyabrında Qarabağda atəşkəslə bağlı sazişi imzalayan Nikol Paşinyanın istefası tələbi ilə Ermənistan müxalifəti mütəmadi olaraq aksiyalar keçirir.

Xəbər 2518 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +