Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


29.01.2021  20:18 

“Azərbaycanlı qardaşlarımızın hüquqlarını sonuna qədər qoruyacağıq” - Hulusi Akar





A+  A-

Türkiyənin Müdafiə naziri Hulusi Akar, azərbaycanlı həmkarı Zakir Həsənovla baş tutan telefon danışığı barədə açıqlama verib.
XəzərNews.az Real TV-yə istinadən xəbər verir ki, Akar bildirib ki, azərbaycanlı həmkarı ilə iki ölkənin müdafiə və təhlükəsizlik məsələləri istiqamətində görülən eyni zamanda görüləcək işləri müzakirə ediblər:

"11 noyabr 2020-ci il tarixində rusiyalı həmkarım Şoyqu ilə Qarabağdakı atəşkəsə riayət etmək və nəzarət etmək üçün yaradılacaq Türk-Rusiya Birgə Mərkəzinə dair anlaşma memorandumunu imzaladıq.

Ortaq Mərkəzin yaradılması üçün işlər tamamlandı. Türk və rus əsgərlərinin xidmət göstərəcəyi Ortaq Mərkəz sabah fəaliyyətə başlayacaq. Son vəziyyəti Zakir Həsənovla qiymətləndirdik. Bir generalın və 38 personalın çalışacağı ortaq mərkəzin atəşkəsin davamlılığına və bölgədə sülhün və sabitliyin təmin olunmasına böyük töhfə verəcəyinə inanırıq. Türk və rus əsgərlərinin yerləşəcəyi bu ortaq mərkəzlə fəaliyyətlərimizi daha da gücləndirəcək, azərbaycanlı qardaşlarımızın hüquqlarını sonuna qədər qorumaq vəzifəmizi yerinə yetirəcəyik. Azərbaycanlı qardaşlarımızla bir millət və iki dövlət anlayışı ilə bir yerdə olmuşuq və bundan sonra da olacağıq".

Xəbər 1742 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +