Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


07.08.2019  10:43 

““Qarabağ”a qarşı oynamaq çətin idi” - APOEL-in baş məşqçisi





A+  A-

“Qarabağ”ın oyununu öz meydanında keçirdiyi matçda izləmişəm. Rəqibin oyununa bələd idik. İlk 45 dəqiqə yaxşı oynadıq.
XəzərNews.az xəbər verir ki, bu sözləri APOEL klubunun baş məşqçisi Paoli Trametsani avqustun 6-da UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən APOEL-“Qarabağ” qarşılaşmasından sonra təşkil olunmuş mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, birinci qoldan sonra komandası çətinliklər yaşayıb: “Daha sonra ikinci qolu qapımızda gördük. Bizim də qol imkanlarımız oldu və qol vurmağı bacardıq. Düşünürəm ki, daha sistemli mübarizə apara bilərik. Rəqibə qarşı oynamaq çətin idi. Qoldan sonra boşluqlar yarandı və bizim üçün daha çətin oldu. Futbolçular nəticədən məyus olublar, onlarla danışdıq və sabahdan cavab qarşılaşmasına hazırlaşacağıq. Hesab edirəm ki, hələ heç nə bitməyib”.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.

Xəbər 1523 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +