Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


12.12.2018  13:58 

DİN arvadını balkondan atan direktola bağlı məlumat yaydı





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) Bakıda qadının eyvandan atılması ilə bağlı məlumat yayıb.
DİN-dən XəzərNews.az-a verilən məlumata görə, dekabrın 9-da Nəsimi rayonu ərazisində Adeliya Taxvelinin yaşadığı mənzilin eyvanından özünü atması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat tədbirləri görülüb.

Araşdırmalarla A.Taxvelinin münaqişə zəminində əri Ramiz Taxveli tərəfindən qəsdən eyvandan atılması müəyyən edilib.

R.Taxveli tutulub, ona məxsus “Lexus” markalı avtomobilə baxış zamanı 5,647 qram marixuana aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktorudur.

Xəbər 1512 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +