“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


16.06.2017  22:17 

Kolumbiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır





A+  A-

Azərbaycanın xarici işlər naziri Bakıda səfərdə olan Kolumbiyanın XİN rəhbəri Maria Anxela Olgin ilə görüşüb.
XİN mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin cari statusu nəzərdən keçirilib və siyasi dialoqun müsbət inkişafından məmnunluq ifadə edilib. Nazirlər Azərbaycan və Kolumbiyanın bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar həmçinin güc yolu ilə ərazilərin tutulmasının qəbuledilməz olduğunu vurğulayıblar. Nazir Məmmədyarov uzun müddətdir ölkədə davam edən münaqişənin sülh yolu ilə nizamlanması münasibətilə Kolumbiya xalqını təbrik edib və əldə edilmiş sülh razılaşmasının ölkənin davamlı barışıq və inkişaf üçün çoxsaylı imkanlar yaradacağına ümid etdiyini qeyd edib.

Nazir Olgin Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətin danışıqlar və sülh yolu ilə həllinə istiqamətlənmiş BMT nizamnaməsinin məqsədləri, prinsipləri və müddəalarına, beynəlxalq hüququn qaydalarına və BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamələrinə əməl edilməsinin vacibliyini ifadə edib. Nazirlər iqtisadi-ticarət, təhsil, turizm, kənd-təsərrüfatı, enerji, logistika, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində tələbə və tədqiqatçıların mübadiləsi xüsusi olaraq vurğulanıb.

Tərəflər hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını əks etdirmədiyini bildiriblər və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün iki ölkənin biznes icmaları arasında birbaşa təmasların qurulmasının təşviqi barəsində ortaq mövqelərini bölüşüblər. Tərəflər Nazir Məmmədyarovun bu ilin mayında Kolumbiyaya səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in mədəniyyət və turizm sahəsində əməkdaşlığa təkan verəcəyinə əminlik ifadə ediblər.

Nazirlər ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası diplomatiyanın xüsusi rolunu qeyd ediblər və bu xüsusda Azərbaycan-Kolumbiya Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətini təqdir ediblər. Nazir Məmmədyarov bu xüsusda Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsini yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Həmçinin nazirlər beynəlxalq gündəlikdə duran məsələləri müzakirə etdilər və sülh və təhlükəsizliklə beynəlxalq düzəmin əsasını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlərinə dair öhdəliklərini ifadə ediblər.

Xəbər 1708 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +