Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


28.07.2021  10:26 

“Bakı Bəyannaməsi əlaqələri gücləndirməyi hədəfləyir” - Şentop





A+  A-

“Bakı Bəyannaməsi üç ölkənin parlamentləri arasında əməkdaşlığı və əlaqələri inkişaf etdirməyi və gücləndirməyi hədəfləyir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Bu bəyannamə çərçivəsində beynəlxalq platformalarda birlikdə hərəkət etməyi nəzərdə tuturuq. Bu günə qədər də Azərbaycan millət vəkillərinin olmadığı beynəlxalq platformalarda Türkiyə deputatları Azərbaycanın maraqlarını müdafiə edirlər. Azərbaycanlı deputatlar da Türkiyə millət vəkillərinin olmadığı platformalarda eyni mövqedən çıxış ediblər”, - deyə Mustafa Şentop sözlərinə əlavə edib.

O, həmçinin əlavə edib ki, bəyannamədə islamafobiyaya qarşı birlikdə hərəkət etməklə bağlı da maddə var: “Beləliklə, parlamentlər səviyyəsində sistemli olaraq islamafobiyaya qarşı mübarizə aparacağıq”.

Xəbər 2333 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +