Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


10.07.2018  12:12 

Ukrayna və Kanadadakı diasporlarımız birgə fəaliyyətə qərar verdilər





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) və Edmonton Kanada - Azərbaycan Cəmiyyəti arasında Memorandum imzalanıb.
XəzərNews.az xəbər verir ki, birgə əməkdaşlıq haqqında sənədi Edmonton şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov və Edmonton Kanada-Azərbaycan Cəmiyyətinin sədri Surxay Musayev, həmçinin İdarə Heyətinin üzvləri - Etibar İsmayılov, Natavan Mahmudova, Reyhan Hüseynova, Samir Əsgərov imzalayıblar.
Sənəddə bildirilir ki, bu Memorandumu imzalayan tərəflər - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) və Edmonton Kanada - Azərbaycan Cəmiyyəti Azərbaycanın milli, mədəni, irsi dəyərlərinin soydaşlarımız arasında qorunmasına və inkişafına töhfə verəcək konkret işlərin görülməsi, eləcə də soydaşlarımızın daha sıx birliyinə nail olmağı əsas tutacaqlar. Həmçinin Kanadada fəaliyyət göstərən diaspor təşkilatları ilə Azərbaycan naminə birgə fəaliyyəti davam etdirəcək, bu birliyə nail olmaq, diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşmanın yaranması üçün müzakirələr aparacaqlar. Eyni zamanda Azərbaycanın milli dəyərlərini, mədəniyyətini və tarixini dünya ictimaiyyətinə çatdırmaq, media qurumları ilə əlaqələri gücləndirmək və genişləndirmək üçün mövcud olan kadr və texniki potensialdan birgə istifadə edəcəklər.

Xəbər 2330 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +