“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


06.09.2020  22:29 

Dünyanın ən azad insanı – Tofiq Yaqublu





A+  A-


Azadlıq ruhla bağlı olan bir məsələdir. Əgər, ruhun köləlik zəncirinə dolanmayıbsa, demək, Azadlıqdasan – Tofiq Yaqublu kimi. Bunun əksidirsə, demək, müti və köləsən, yəni Dustaqsan – özün-özünü həbsə məhkum etmisən...

İndi böyük bir çoxluq Tofiq Yaqubluya AZADLIQ istəyir – zülmə dirəniş göstərənlər də, zülmü görüb susanlar da. Azad olmayanlar Tarixin AZADLIQ səhifəsini yazan insan(lar)a Azadlıq tələb etməyi haqq etmir, məncə. Onsuz da gerçək Azadlıq Tarixi İçəridə yazılır bu gün...

Türkiyənin böyük ilahiyyat alimlərindən olan Cevat Gökün ibrətamiz bir yazısı qarşıma çıxdı. Diqqət edin və görün nə deyir: Su içərkən Ya HÜSEYN deyirsən a, zülmü görüb də susmazsan, elə isə o zaman da YA HÜSEYN de. Ac bir cocuğu görüb də onu doyurduğunda, bir möhtacın əlindən tutarkən də Ya HÜSEYN de. Haqq-batil savaşında haqqı və doğrunu ayırd edəndə də YA HÜSEYN de. İmam Hüseyn suya deyil, İnsanlığa və Özgürlüyə təşnə (susuz) idi.

Qızıl kimi dəyərli sözlərdir. Azacıq fərqləndirmə ilə bu sözləri onlara da şamil etmək olar. Bu gün Tofiq Yaqublu və onun kimi digər AZADLIQ mücahidləri də İnsanlığa və Özgürlüyə təşnədirlər. Demək, Azaddırlar. Bəlkə də dünyanın ən Azad insanı onlardır. Elə isə, zülmü, ədalətsizliyi, haqsızlığı... gördükdə bu Qəhrəmanların adını çəkək: Tofiq Yaqublu, Asif Yusifli, Məhəmməd İmanlı...
O gün Tofiq bəyin qızı Nigar Həzinin bir çıxışına qulaq asdım. Müsəlman Şərqində adını Qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazan bir xanıma bənzətdim onu. Əslində, elə Atanın qızı belə də olmalı idi...

Vasif Hüseynov


Xəbər 5815 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +