“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


27.04.2018  19:17 

Məmur olmaq istəyənlərlə bağlı statistika açıqlandı





A+  A-

Dövlət İmtahan Mərkəzi 2018-ci il aprelin 22-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları təqdim edir.
XəzərNews.az xəbər verir ki, qeydiyyatdan keçmiş 1672 namizəddən 1490 nəfər DİM-in (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 658 (44.2%) nəfər imtahandan uğurla keçib.

Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. Verilənlərə əsasən, imtahandan uğurla keçənlərin faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Bal intervalı Qeydiyyatdan keçib Test imtahanından uğurla keçib Faizlə (%)

0-100 7 0 12.5

101-200 60 15 25.0

201-300 296 99 33.4

301-400 446 184 41.3

401-500 382 201 52.6

501-600 233 121 51.9

601-700 66 38 57.6

Yekun: 1490 658 44.2

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 182 nəfər ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmamışdır. Onlardan yalnız 18 nəfər (9.9%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 13 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 5 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Xəbər 1442 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +