Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


29.10.2018  10:34 

Rusiya İnterpoldan “Lotu Quli”ni istəyir - 2 “qanuni oğru”nun qətli...





A+  A-

Rusiya DİN-i Türkiyədə saxlanılan “qanuni oğru” Nadir Səlifovla (Lotu Quli) bağlı İnterpolun mərkəzi bürosuna təkrar sorğu göndərib.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər yayıb. Beynəlxalq axtarışda olan kriminal avtoritetin Rusiyaya mümkün ekstradisiya məsələsi ilə bağlı qərar hələ ki verilməyib. Əgər Səlifovu Rusiyaya ekstradisiya etmək mümkün olsa, o, bir sıra köhnə qətl işləri, o cümlədən “qanuni oğrular” Hikmət Muxtarov və Çingiz Axundovun güllələnməsi olayı ilə bağlı da mühakimə olunacaq.

Nəşr yazır ki, 2018-ci ilin oktyabrın əvvəlində Lotu Quli ilk dəfə Türkiyədə saxlanılanda Rusiya DİN-i onun Moskvaya təhvil verilməsi üçün İnterpola müəyyən sənədlər yollamışdı. Lakin heç bir cavab ala bilməmişdi.

Mənbənin sözlərinə görə, əgər Səlifov çox dəhşətli cinayətlər törədibsə, Türkiyə onun Rusiyaya ekstradisiyasına razılıq verəcək.

Rusiyada kriminal avtoriteti adam oğurluğu və dələduzluqla pul ələ keçirmə ittihamları gözləyir.

Xəbər 1629 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +