İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı
Kurskda 8 rus əsgəri əsir götürülüb - Video
Zorlama və cinsi zorakılıqda ittiham olunur...
Bir ayda 1800-dən çox ailə dağılıb - Azərbaycanda
Keçmiş Baş prokuror və “əvəzolunmaz” müavini nə işlə məşğul olur?
Mövqelərimiz yenidən atəşə tutuldu - RƏSMİ


31.07.2018  14:16 

Metropolitendən qiymət artımına MÜNASİBƏT





A+  A-

“Bakı Metropoliteni” QSC Tarif Şurasının metroda gediş haqqını 20 qəpikdən 30 qəpiyə qaldırması ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, sonuncu dəfə qiymət artımı 2011-ci il dekabr 1-də olub və həmin zaman qiymət 15 qəpikdən 20 qəpiyə qalxıb: “O zamandan bəri Metropolitendə heç bir tarif dəyişikliyi olmayıb. Metroda bu gün bir sərnişinin daşınması üçün istismar xərcləri 47 qəpikdir. Dünənki tarif dəyişikliyindən sonra da 17 qəpiklik fərq qalır. 47 qəpiklik xərc yalnız istismara aiddir, bura yeni stansiyaların tikilməsi, mövcud stansiyaların əsaslı təmiri, yeni qatarların alınması, mövcud qatarların əsaslı təmiri daxil deyil.

Müqayisə üçün bildirim ki, yaxın zamanlarda Kiyevdə metroda qiymətlər qaldırılaraq bizim valyuta kursu 41-50 qəpik oldu, Minskdə 55 qəpik, Daşkənddə 37 qəpikdir. Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində qiymətlər Bakıdan dəfələrlə çoxdur. Halbuki Rusiyanın metro sahəsində böyük istehsal gücü var. Bizim əsas təchizatımız isə xarici ölkələrin hesabına və xarici valyuta ilə həyata keçirilir. Postsovet məkanında ən ucuz metro yenə də Bakıdadır”.

B. Məmmədov qeyd edib ki, bundan sonra da Bakı Metropoliteni inkişaf edəcək: “Əvvəllər biz qatarları xarici ölkəyə çıxarıb orada əsaslı təmir edirdik. Bu zaman nəqliyyat və gömrük xərcləri də əlavə olunurdu. İndi isə biz mütəxəssislər yetişdirərək yerli şəraitdə təmir edirik. Metropoliten yerli şəraitdə beton şpalların da istehsalına başlayıb. Taxta şpalların ömrü maksimum 40 ildirsə, beton şpalların ömrü 80 ilə qədərdir. Həmçinin beton şpallara qulluq etmək də asandır”.

Məmmədov əlavə edib ki, bugünkü qiymət artımı metropolitenin dövlət büdcəsindən asılılığını azaltmasına təsir edəcək: “Amma sərnişindaşıma üçün qiymətlərdə yaranan 17 qəpiklik fərq, yeni stansiyaların tikilməsi, yeni qatarların alınmasına görə dövlət büdcəsindən ayrılan vəsait metropolitenin üçün əsas rol oynayacaq”.

Metropoliten sözçüsü deyib ki, əvvəlki illərdə bir sərnişin daşınması üçün xərclər 50-80 qəpik arası olub: “Son illərdə Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə xərc 47 qəpiyə qədər azalıb”.

Xəbər 1441 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?

17.03.2025  11:30 

Prezident ONLARI qəbul etdi

17.03.2025  11:26 

Tramp sabah Putinlə danışacaq


BÜTÜN XƏBƏRLƏR +