Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı
Kurskda 8 rus əsgəri əsir götürülüb - Video
Zorlama və cinsi zorakılıqda ittiham olunur...


29.01.2018  15:37 

“Bunun mənbəyində xalq-iqtidar birliyi durur” - Prezident





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
XəzərNews.az xəbər verir ki, prezident İlham Əliyev konfransda çıxış edib.

2003-cü ildən Azərbaycanın böyük uğurlara imza atdığını, ölkəmizdə hərtərəfli inkişafın təmin olunduğunu vurğulayan dövlət başçısı bildirib ki, ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda sabitliyin təmin edildiyini, bunun mənbəyində isə xalqın iradəsinin, xalq-iqtidar birliyinin durduğunu deyən prezident ölkəmizin təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini deyib. Xalqın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan dövlət başçısı əsas məqsədin dövlətin qüdrətini artırmaqdan və müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu vurğulayıb:

"Son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb. İçməli su və kanalizasiya problemləri uğurla həll olunub. Kənd təsərrüfatının inkişafı üçün 4 su anbarı tikilib, 12 min 300 kilometr yol çəkilib və bu il bu rəqəm 15 min kilometrə çatdırılacaq. Bundan əlavə ölkədə 7 aeroport, Ələt dəniz ticarət limanı, gəmiqayırma zavodu inşa olunub. Son 14 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində də ciddi artım əldə olunub. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb. Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub.

Bu dövr ərzində maaş və pensiyalar dəfələrlə artırılıb. Minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi inşa olunub".

Dövlət başçısı yekun nitqində yeni avtomobil yollarının çəkiləcəyini, 6 rayon mərkəzi xəstəxanasının, 130 məktəbin, xalça fabriklərinin, yeni sənaye müəssisələrinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

Xəbər 1504 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +