Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


01.10.2021  18:25 

“Məmurun ayyaqabısını silənlər həbs olunan kimi onu saymırlar“





A+  A-

"Mən vaxtilə həbsxanaya düşəndə biz orda deyib-gülür, zarafatlaşırdıq, çünki bizim həbsxanadan əvvəlki işimiz də, həyatımız da elə həbsxana kimi bir şey idi. Amma rüşvətxorluqda təqsirli bilinib həbs edilən bir sıra məmurlar əvvəl o qədər cah-cəlallı həyat sürür, yağ-bal içində yaşayırlar ki, həbsə düşəndən sonra şok keçirirlər. Ona görə də əksəriyyəti həbsxanada ya ağır xəstələnir, ya da vəfat edirlər. Bu, real vəziyyətdir".

XəzərNews xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, həbsxanalarda həmin məmurlara qarşı münasibət yaxşı olmur, müəyyən mənada təsir göstərirlər: "Onlarla adətən maraqlanan olmur. Misal üçün, ötən gün vəfat edən sabiq deputata heç ailəsi, qardaşı gedib baş çəkmirmiş. Bu, həmin şəxslərdə psixoloji gərginliyə səbəb olur. Vaxtilə məmurun qapısında yatan, ayyaqabısını silənlər məmur həbs olunan kimi onu saymırlar, təhqir edirlər. Deyirlər ki, şərəfsizin biri idi. Belə məmurlar, doğrudan da, haram yollarla o qədər rahatlıq tapırlar ki, həbs olunan kimi məhv olub gedirlər. Amma bizim gündəlik həyatımızdan həbsxanadan fərqlənmədiyi üçün oranı oyuncağa çevirmişdik".



Xəbər 2262 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +