Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib
“Vialon” MMC vətəndaşın evini başına uçurur - Video
General-mayorun bacısı oğlu şantaj edilib
Xanlar Vəliyevi kim əvəz edə bilər?
Rusiya Sumı və Xarkova hücumu artırıb
Qadını fotoları ilə şantaj edən şəxs tutulub
Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər - Prezident
Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var


30.10.2017  18:06 

“Fədayənin həbs olunacağını gözləyirdim“ - Tacir Şahmalıoğlu





A+  A-

Tanınmış müğənni Fədayə Laçının həbs edilməsi ölkə gündəmini zəbt edib.
XəzərNews.az bildirir ki, APA-nın yaydığı məlumata görə Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Müğənni həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

"Bu xəbəri gözləyirdim. Çünki son vaxtlar Fədayə Laçın düzgün mövqe tutmamışdı. Əgər sona qədər yalnız sənəti ilə məşğul olsaydı, bu gün başına bu iş gəlməzdi”.

Bu sözləri Fədayə Laçınla uzun müddət birgə çalışmış Tacir Şahmalıoğlu musavat.com-a açıqlamasında deyib.

Müğənni birgə çalışdığı dövrdə həmkarının heç bir kriminal aləmlə bağlılığı olmadığını da qeyd edib: "Biz yerdə çalışanda belə işlərdən uzaq idi. Lakin sonradan düzgün yolda olmadı”.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Xəbər 2238 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +