Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


08.07.2022  21:44 

Saxta reklam, saxta şənbə satışları: ALDANMAYIN...





A+  A-

Ucuz ətin şorbası olmaz, yaxud, pulsuz pendir tələdə olar!

Düzünü desəm, "Baku Electronics" şirkətindən bir dəfə - 10 il bundan əvvəl Siemens markalı soyuducu almışdım, elə ilk həftəsindəcə işqlandırmada problem çıxdı, alman markası olsa da, Türkiyə istehsalı idi, o zaman buna əhəmiyyət verməmişdim, bir neçə aydan sonra, baş açmadılar, sonra gəlib soyuducunu aparıb çöldə saxlamış, düzəldib geri qaytardılar. İndiyə qədər də problemli texnika olaraq gözdağıdır.

Ondan sonra onlardan heç bir alış-verişim olmadı.

Ötən il servislə bağlı müraciətlərdən isə hələ də cavab almadığımdan bu saxtareklamçı şirkətə qarşı sadəcə allergiyam var.

O günləri yaxın bir adamın xahişi ilə yaşlı bir qadın üçün yenə saxta Qırmızı şənbə adlı reklam aksiyasına aldanıb endirimdə olan paltaryuyan və soyuducunun onlayn pulunu ödəməklə guya "əldə etdik".

Yalançı vədlərə inanmasam da, xeyirxahlıq naminə məhsulları alsam da, yenə "atış" getdilər. Bu gün zəng edib, güya o məhsulun bitdiyini söylədilər, əvəzinə ikiqat baha qiymətə məhsulları almağı təklif etdilər.

Biabırçılıqdır, bu məmləkətdə sivil ticarət və normal qanunların işlək mexanizmi nə vaxt işləyəcək görəsən?

Onların rəsmi Feysbuk səhifəsinə etirazımızı bildirsək də, pulumuzu geri istədik, gedib bazarda ən mənasız məhsulu alaram, amma bir də bu yalançı ticarətlə adamları aldadan, qocalan ümidini qıranlara xeyir vermərəm.

P.S. Ahılların ahı tutacaq günahkarları!!!

Aydın Xan Əbilov



Xəbər 1955 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +