Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


06.02.2023  17:44 

“Türkiyə xalqına dəstək olmaq...“





A+  A-

Qardaş Türkiyədə baş verən təbii fəlakət nəticəsində insan təlafatı və dağıntılar xəbəri hər birimizi dərindən sarsdı.

Son illər ərzində qeydə alınan ən dağıdıcı fəlakətin nəticələrini dərin kədər və üzüntü ilə izləyirik. Allahdan həyatını itirmiş bacı və qardaşlarımıza rəhmət, ailələrinə səbr diləyirəm. Dağıntılar altında qalmış, yaralanan hər bir soydaşımızın tezliklə sağlığına qovuşmasını arzu edirəm. Azərbaycan dövləti və xalqı Türkiyədə baş verən bütün fəlakətlər zamanı öz dəstəyini ifadə etmiş və qardaşlarının dərdinə şərik olmuşdur. Misal olaraq yaxın illərdə üz-üzə qaldığımız meşə yanğınlarını göstərmək mümkündür.

Yenə də ilk dəstək və reaksiya Türkiyəyə qardaş Azərbaycan dövləti tərəfindən gəldi. İndi biz həm vətəndaş cəmiyyəti, həm qeyri-hökümət təşkilatları olaraq əlimizdən gələn hər bir dəstəyi əsirgəməməliyik. Hal-hazırda Türkiyədə yardım məqsədi ilə qan vermə aksiyaları keçirilir.

Milli Mənafe Təşkilatı olaraq bu aksiyanın Azərbaycanda da keçirilməsi təklifini irəli sürürük. Dağıntılar altında qalmış körpələrin çığırtıları, yaralı halda övladını axtaran valideynlərin fəryadları uzun zaman gözlərimiz önündən getməyəcək. Bu acı günlərdə Türkiyə xalqına dəstək olmaq qardaşlıq borcumuzdan əlavə həm də insanlıq borcumuzdur.

Milli Mənafe Təşkilatının sədri
Nurel Kərim


Xəbər 1109 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +