Maşın 7 saatdır ofisin qarşısındadır, amma AYNA-dan cərimə gəlib/Fakt
Bakının mərkəzində.... - Anbarda yanğın/Video
Siyavuş Novruzov parlamentə gəlmir - Nə olub?
Tərtərdə yeniyetmə intihar edib
İmamoğlu əhalini “TRT”ni boykot etməyə çağırıb
FTX Simferopol sakinini saxladı
BƏƏ, Qətər və İsrail İranı pulla alır? - ŞƏRH
Prezident İlham Əliyev Çinə rəsmi səfərə gedəcək
Təhsil idarələrinə yeni müdirlər təyin olunub
AYNA milyonlar qazanır, amma hesabat vermir...


06.04.2017  10:05 

Yol polisi “Ambulans”ı da cərimələyir





A+  A-

Ağdaş Mərkəzi Xəstəxanasından ağır infarkt diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni daşıyan təcili tibbi yardım maşını 310 manat cərimələnib.
XəzərNews.az azxeber.com-a istinadən xəbər verir ki, bu haqda adının açıqlanmasını istəməyən Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınını idarə edən sürücülərdən biri məlumat verib. Onun sözlərinə görə, son aylar Gəncəyə və Bakıya köçürülməli olan xəstələri daşıdıqları zaman radarlara düşürlər və xəstəxana rəhbərliyi bu cərimələrin onların maaşlarından çıxılacağını bildirir:

"Artıq neçə aydır ki, Gəncəyə və Bakıya köçürülməli olan xəstələri daşıdığımız zaman radara düşürük. Sonuncu dəfə martın 27-də Bakıya ağır infarkt diaqnozu ilə köçürülməli olan xəstəni daşıdığım zaman 310 manat radar cəriməsi kəsilib. Xəstəxana rəhbərliyi bu cərimələrin maaşlarımızdan kəsiləcəyini bildirir. O, "yavaş sürün, qoyun xəstə ölürsə ölsün” deyərək cərimələrin biz tərəfindən ödənilməli olduğunu bildirir. Bizimsə maaşımız 200 manatdır. Nə edəcəyimizi bilmirik”.

Müraciətdən göründüyü kimi DYP-nin təcili tibbi yardım maşınlarını bilərəkdən radara salmasının səbəbi bilinmir.

Məlumat üçün bildirək ki, dünyanın bir çox, Moskva, Nyu-York, Paris kimi böyük şəhərlərində fövqəladə hallar üçün yol bütün orta xətt boyu boş olur. Həyat zolağı adlanan bu yoldan bütün sürücülər məlumatlıdırlar və onlar xüsusi xidmət maşınlarının işinə orta yola girməməklə yardım etmiş olurlar. Azərbaycanda Yol hərəkəti haqqında qanunun 48-ci maddəsinin 1-ci bəndində deyilir: "Üzərində polis, yanğınsöndürən və təcili tibbi yardım nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən, üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarından istifadə etməlidirlər. Eyni qanun sürücülərin təcili tibbi yardım maşınlarına istənilən halda yol vermələrini tələb edir. Əks təqdirdə bu tələbi pozanları 20 manatdan 40 manatadək cərimə gözləyir".


Xəbər 2718 dəfə oxunub.




21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı

19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu


BÜTÜN XƏBƏRLƏR +